Trampdan daha bir ad dəyişikliyi: Meksikanın adını dəyişdi

ABŞ-də son günlər siyasi gündəmlə yanaşı, coğrafi adlarla bağlı müzakirələr də gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Donald Tramp özünün “Truth Social” hesabında Nyu-Meksiko ştatının adının “New America” olaraq göstərildiyi xəritə paylaşıb. Ağ Ev də həmin görüntünü “X” platformasındakı hesabında yenidən yayımlayıb.
Paylaşılan xəritədə ştatın adındakı “Mexico” sözü qırmızı xəttlə üzərindən xətt çəkilərək silinib və onun yerinə “America” yazılıb.
Tramp paylaşımına hər hansı açıqlama əlavə etməyib. Bununla belə, Ağ Ev Nyu-Meksikonun adının rəsmi şəkildə dəyişdirilməsi ilə bağlı hər hansı prosesin başladığını açıqlamayıb.
Qeyd edək ki, ABŞ prezidentinin coğrafi adlarla bağlı müəyyən səlahiyyətləri olsa da, ştatların adını birtərəfli qaydada dəyişmək hüququ yoxdur. Belə dəyişiklik üçün müvafiq ştat daxilində hüquqi prosedurlar həyata keçirilməlidir.
Bəsti Rəfizadə







