Avropa Rusiyaya qarşı uzunmüddətli müharibəyə hazır deyil?

NATO-nun hərbi planlayıcıları Avropa ölkələrində müdafiə hazırlığının yetərli səviyyədə olmaması səbəbindən Avropa ilə Rusiya arasında uzunmüddətli müharibə ssenarisindən narahatdırlar.
Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirmək iqtidarında deyil.
NATO ilə əməkdaşlıq edən hərbi ekspertlər Avropanın hərbi koordinasiyasının gələcəyinə həsr olunan konfrans zamanı Aİ rəsmilərini Rusiyaya qarşı informasiya mübarizəsini gücləndirməyə çağırıblar.
Bildirilir ki, ekspertlərin təklifləri Aİ ölkələrinin nazirlərini qarşılarında hazır olmayan seçiciləri müdafiə xərclərinin artırılması naminə sosial xərclərin azaldılmasının zəruriliyinə inandırmaq kimi arzuolunmaz vəzifə ilə üz-üzə qoyub.






