Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Kateqoriya məlum deyil
T

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar.

Sfera.az musavat.com-a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiyi müəyyən edilib.

Bu isə ton balığının insanların qida kimi istehlak etdiyi hissəsidir.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, parazitlərlə yoluxmuş çiy və ya kifayət qədər bişirilməmiş balığın istehlakı insanlarda ürəkbulanma, qusma və ishala səbəb ola bilər.

Mütəxəssislər xüsusilə çiy balıqdan hazırlanan suşi və digər yeməkləri istehlak edənlərin bu riskləri nəzərə almasının vacibliyini vurğulayırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR