Peruda güclü zəlzələ baş verdi

Kateqoriya məlum deyil
T
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, ölən və yaralananlar yoxdur./teleqraf





