Avropa ölkəsində tarixinin ən böyük meşə yanğını

Avropa ölkəsində tarixinin ən böyük meşə yanğını
Kateqoriya məlum deyil
T

Belçikanın şərqində baş verən meşə yanğını ölkə tarixində qeydə alınan ən böyük yanğın olub.

Sfera.az APA-ya istinadən bildirir ki, Hautes Fagnes təbiət qoruğunda baş verən yanğın 1 600 hektar ərazini əhatə edib.

Yanğının miqyasına görə 2011-ci ildə ölkədə baş vermiş və təxminən 1 400 hektar ərazini məhv etmiş meşə yanğınını geridə qoyduğu bildirilir.

Küləyin istiqamətinin dəyişməsi və tüstünün yayılması səbəbindən Lyej əyalətinin hakimiyyət orqanları iki bələdiyyənin bəzi ərazilərinin sakinlərinin təxliyəsinə qərar verib. Turistlərə də ərazini tərk etmək tövsiyə olunub.

Yanğının söndürülməsi üçün Avropa İttifaqı üç helikopter və iki təyyarə göndərib. Ərazidə yerli yanğınsöndürənlər, hərbçilər və fermerlər də fəaliyyət göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR