Bu gecə Moskva istiqamətinə 600 PUA uçub - VİDEO

Kateqoriya məlum deyil
T
Rusiyanın Rostov vilayətində gecə saatlarında həyata keçirilən hava hücumu nəticəsində 3 nəfər ölüb, daha bir nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Moskva vilayətinin Podolsk şəhərində PUA hücumu nəticəsində 3 nəfərin yaralandığı, Moskva şəhərində isə daha 3 nəfərin xəsarət aldığı bildirilir.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, ötən axşamdan səhər saat 06:30-dək Moskva istiqamətində 600 PUA uçub, onlardan 201-i vilayət ərazisində məhv edilib.
Podolskda anbarlardan birində yanğın baş verib. Domodedovoda dərmanların saxlandığı başqa bir anbar da yanıb. Voskresenskdə sənaye obyektinin tikililərinə ziyan dəyib, Kaşirada isə yeni polis binası zədələnib.






