Ukrayna Rusiyanı “Flaminqo” ilə vurdu

Kateqoriya məlum deyil
T
Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyalar mərkəzini "Proqres"ə hücum edib.
Sfera.az xəbər verir ki, “UNIAN“ın məlumatına əsasən, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib.
Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.
Ukrayna ordusu Samaradakı "Proqres" mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.
“Soyuz-2” isə Rusiyanın “Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.
Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində “Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.
Bu aerodromda “MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.
Açar sözlər:






