Yaponiya dünyanın ən böyük AEGIS gəmisini tikir

Yaponiya dünyanın ən böyük AEGIS gəmisini tikir
Kateqoriya məlum deyil
T

Yaponiya Şərqi Asiyada dəyişən təhlükəsizlik vəziyyəti fonunda AEGIS raketdən müdafiə sistemi ilə təchiz ediləcək dünyanın ən böyük hərbi gəmisinin tikintisinə başlayır.

Sfera.az xəbər verir ki, gəminin su tutumu 14 min 500 ton təşkil edəcək.

Layihənin əsas məqsədi Şimali Koreyanın raket sınaqları və Tayvan ətrafında artan gərginlik fonunda Yaponiyanın raket hücumlarından müdafiə imkanlarını gücləndirməkdir.

Yeni gəmi eyni vaxtda bir neçə sürətli hava hədəfini, o cümlədən ballistik raketləri aşkar edib məhv edə biləcək. Gələcəkdə onun hipersəsli hədəflərə qarşı da istifadə edilməsi planlaşdırılır.

Gəminin böyük gövdəsi daha çox raket, təkmilləşdirilmiş radar sistemləri və daha güclü enerji qurğularının yerləşdirilməsinə imkan verəcək. Bu da Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinin ABŞ başda olmaqla müttəfiqlərlə birgə çoxmillətli əməliyyatlarda iştirak imkanlarını artıracaq.

Yaponiyanın yeni AEGIS gəmisi əsasən ölkənin raket hücumlarından müdafiəsinə xidmət edəcək. Layihə həmçinin Tokionun son illərdə müdafiə siyasətində həyata keçirdiyi genişmiqyaslı dəyişikliklərin göstəricisi kimi qiymətləndirilir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR