Tramp və Mask buna görə barışdı

Tramp və Mask buna görə barışdı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp və uzun müddət mübahisə edən sahibkar İlon Mask milyarderin noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasına dəstək vermək istəyi fonunda münasibətlərini bərpa ediblər.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Sfera.az xəbər verir ki, nəşrin məlumatına görə, Mask Respublikaçılar Partiyasının Konqres üzərində nəzarəti saxlamasına kömək etmək üçün seçicilərin fəallığını artırmaq

kampaniyasına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırdığını bildirib. Bu addım Tramp və Maskın münasibətlərinin yenidən bərpası istiqamətində təxminən bir il davam edən səylərin kulminasiyası olub.

Bundan əlavə, onların ünsiyyətinin bərpasına mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd cəhdi də təsir edib. Prezidentin adının açıqlanmasını istəməyən köməkçilərinin sözlərinə görə, Tramp şəxsi söhbətlərində Maskla əvvəlki qədər yaxın münasibətlərinin heç vaxt olmayacağını deyir.

Bununla belə, hazırda onlar təxminən ayda bir dəfə əlaqə saxlayır və süni intellekt, Çin və dünyada baş verən hadisələri müzakirə edirlər.

Qeyd edək ki, Tramp yanvar ayında Maskı “80 faiz superdahi” adlandırmış və onun da səhv edə bildiyini bildirmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR