12 il əvvəl düşmən tərəfə keçmişdi - bu gün öldürüldü

12 il əvvəl düşmən tərəfə keçmişdi - bu gün öldürüldü
Kateqoriya məlum deyil
T

Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol şəhərində bu gün öldürülən Rusiya Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Robert Şaqeyevin keçmişdə Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi bildirilir.

Sfera.az xəbər verir ki, Şaqeyev vaxtilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Zaporojye” sualtı qayığının komandiri olub.

O, 2014-cü ildə Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqından sonra qarşı tərəfə keçərək Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.

Şaqeyevin bu gün Sevastopolda partlayıcı qurğunun işə düşməsi nəticəsində öldürüldüyü bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR