ABŞ və İran razılaşdı - 60 günlük atəşkəs olacaq

Kateqoriya məlum deyil
T
ABŞ və İran İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəsin müddətini uzatmaq barədə razılığa gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbələr “Anadolu” agentliyinə bildirib.
Məlumata görə, hazırkı atəşkəs razılaşmasının müddəti 17 avqustda başa çatır. Tərəflər vasitəçilərə müddətin uzadılmasına razılıq verdiklərini çatdırıblar.
“Hər iki tərəf müddətin uzadılması ilə bağlı razılıqlarını vasitəçilərə çatdırıb”, - vasitəçilik prosesinə yaxın mənbə bildirib.
Mənbə əlavə edib ki, hazırda tərəflər müddəti müəyyənləşdirmək üçün qarşılıqlı mesajlar mübadiləsi aparırlar.
Qeyd edək ki, Pakistan ABŞ və İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir./APA






