Ukrayna Krasnodar vilayətinə hücum etdi

Ukrayna Krasnodar vilayətinə hücum etdi
Kateqoriya məlum deyil
T

Rusiyanın Krasnodar vilayətində 12 avqust gecəsi kütləvi PUA hücumu baş verib.

Sfera.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif regionları üzərində gecə ərzində 502 PUA-nın məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hava hücumu zamanı yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Hücumun əsas istiqamətlərindən biri Novorossiysk olub. Şəhərdə PUA qalıqlarının yaşayış binalarına düşməsi nəticəsində 8 yaşlı uşaq həlak olub, daha 8 nəfər yaralanıb. Şəhərdə 21 yaşayış binasına və dörd müəssisəyə ziyan dəydiyi bildirilir.

Dron hücumu nəticəsində Temryuk rayonunun Volna qəsəbəsində də bir kişi ölüb. Beləliklə, Krasnodar vilayətində gecə hücumunda ölənlərin sayı ən azı iki nəfər olub.

Sevastopol da gecə hücumlarının hədəflərindən biri olub. Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayev 30-dan çox Ukrayna dronunun zərərsizləşdirildiyini deyib./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR