Türkiyədə sahilə daha bir naməlum dəniz dronu çıxıb

Kateqoriya məlum deyil
T
Türkiyənin Artvin vilayətinin Hopa rayonunda sahilə daha bir naməlum dəniz pilotsuz aparatı çıxıb.
"Vatan" qəzetinin məlumatına görə, hadisədən sonra Hopa limanı və Esenkıyı sahilinə Türkiyə Sahil Mühafizəsinin bölmələri cəlb olunub.
Hazırda pilotsuz aparatın hansı ölkəyə və ya tərəfə məxsus olduğu, eləcə də bölgəyə necə gəlib çıxdığı məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukraynaya Qara dənizdə ticarət gəmilərinə hücumların qarşısının alınması məqsədilə xüsusi mexanizmin yaradılmasını təklif edib.






