1 milyon avroluq uduş bileti zibildən tapıldı

1 milyon avroluq uduş bileti zibildən tapıldı
Kateqoriya məlum deyil
T

İtaliyada 1 milyon avro qazandıran lotereya biletini səhvən zibilə atan şəxs təmizlik işçilərinin bileti tapması sayəsində böyük uduşunu geri əldə edib.

Sfera.az xəbər verir ki, hadisə İtaliyanın Bitonto şəhərində baş verib.

Lotereya iştirakçısı bileti mağazada yoxlatdıqdan sonra sistemdə ödənişin mümkün olmadığı barədə xəbərdarlıq gördüyü üçün onu zibilə atıb. Daha sonra ailəsinin biletdəki nömrələrin qalib gəldiyini deməsi ilə səhvini anlayıb.

Məlumata görə, tullantıların idarə olunması şirkətinin əməkdaşları iki gün davam edən axtarışdan sonra bileti zibil yığınları arasında tapıblar. Bildirilir ki, zibil maşını sıxılma prosesinə göndərilməzdən əvvəl saxlanıldığı üçün bilet məhv olmaqdan xilas olub.

Axtarış xərclərinin isə əvvəlcədən öhdəlik götürən qalib tərəfindən ödəniləcəyi bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR