Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı

Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı
Kateqoriya məlum deyil
T

Rusiyanın Norilsk şəhərində yük təyyarəsi eniş zamanı qəza törədib.

Sfera.az xəbər verir ki, Moskvadan Norilska uçan “Boeing 737” tipli təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.

“Sibir” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində iki ekipaj üzvü və yük olub. Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Qəza nəticəsində hava gəmisinin zədələndiyi bildirilir.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR