Filippində güclü zəlzələ olub

Filippində güclü zəlzələ olub
Kateqoriya məlum deyil
T

Sulavesi dənizinin akvatoriyasında, Mindanao adasının (Filippin) cənub sahilləri yaxınlığında 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Filialın operativ məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 08:14-də baş verən zəlzələnin episentri Mindanao adasında yerləşən General-Santos şəhərindən 102 kilometr cənub-şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyi "dağıdıcı" səviyyədə qiymətləndirilib.

ABŞ Geoloji Tədqiqatlar Xidməti isə zəlzələnin maqnitudasını 6,3 olaraq qiymətləndirib.

Qurumun məlumatına görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR