Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı 14-ə çatdı

Rusiyanın Kiyevə hücumu: Ölənlərin sayı 14-ə çatdı
Kateqoriya məlum deyil
T

Ukrayna Dövlət Təcili Yardım Xidmətlərinin (DSNS) sosial media hesabında yayımlanan yazılı açıqlamasında Rusiyanın bu gecə Kiyev bölgəsinə hava hücumları həyata keçirdiyi bildirilib.

Bəyanatda bölgədəki müxtəlif şəhər və yaşayış məntəqələrinin, əsasən paytaxt Kiyevin hədəfə alındığı və ilkin məlumatlara görə, hücumlarda 14 nəfərin öldüyü bildirilib.

Sfera.az xəbər verir ki, məlumata əsasən, yaralananların sayı 26-ya çatıb.

Kiyev meri Vitali Kliçko da sosial media hesabında verdiyi açıqlamada hücumlardan sonra başlanan axtarış-xilasetmə əməliyyatları barədə məlumat verib.

Kliçko hücumda bir nəfərin öldüyünü xatırlatdı və yaralıların sayının 26-ya çatdığını bildirdi.

Kliçko şəhərin yerli vaxtla saat 01:33-dən etibarən ballistik raket hücumuna məruz qaldığını bildirmişdi.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR