KİV: Aİ Ukraynaya islahatlarla bağlı gizli təzyiq göstərir

KİV: Aİ Ukraynaya islahatlarla bağlı gizli təzyiq göstərir
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Ukraynanın quruma üzvlüyü üçün zəruri olan islahatları ləng həyata keçirməsi fonunda Kiyevə açıq deyil, gizli təzyiq göstərir.

Sfera.az bildirir ki,bu barədə "The Economist" jurnalı yazıb.

Nəşrin məlumatına görə, Aİ Kiyevin qanunun aliliyi, məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi sahələrində tələb olunan qanunvericilik islahatlarını gecikdirməsinə baxmayaraq, buna müəyyən qədər göz yumur.

Bildirilir ki, xüsusilə məhkəmə islahatlarında irəliləyişin olmaması Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsinə mane olmalı idi. Lakin buna baxmayaraq, iyunun əvvəlində Avropa İttifaqı Kiyevə növbəti kredit tranşını ayırıb.

"The Economist"ə danışan Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Aİ üçün Ukraynanı açıq şəkildə tənqid etmək asan deyil. Buna görə də Kiyevə təzyiq əsasən qapalı diplomatik kanallar vasitəsilə həyata keçirilir.

Nəşr qeyd edir ki, bu cür ehtiyatlı yanaşma Ukraynada zəruri islahatların faktiki həyata keçirilməsini daha da ləngidə bilər.

Xatırladaq ki, daha əvvəl Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların iki istiqamət üzrə açılmasına veto qoymuşdu. Mənbələrin iddiasına görə, Avropa siyasi dairələrinin Kiyevdən prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması və hüquq-mühafizə, eləcə də məhkəmə sistemi üzərində xarici nəzarətin gücləndirilməsi ilə bağlı tələbləri var.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR