6 azərbaycanlı dar ağacından asılıb

6 azərbaycanlı dar ağacından asılıb

İranda 12 nəfər edam edilib.

Edamlar Həsən Ruhaninin prezident seçilməsindən sonra gerçəkləşdirilib. Edam edilən şəxslər narkotik qaçaqmalçılığı və qətldə günahlandırılıblar.

Asılanlardan 6 nəfərinin azərbaycanlı olduğu dəqiqləşib (1 məhkum Ərdəbil, 5 məhkum isə Təbriz zindanında).

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son iki gündə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 50 yaşlı müttəhim Davər Həmdərd Ərdəbil zindanında, 30 yaşlı müttəhim Əbdülkərim Şəhnəvazi Zahidan həbsxanasında, adları bilinməyən daha 2 nəfər isə Ərak zindanında dara çəkilib. Həmçinin qətldə günahlandırılan 33 yaşlı müttəhim Mehrdad Əsgəri Kirmanşah həbsxanasında, adı açıqlanmayan daha bir müttəhim İsfahan zindanında, 5 müttəhim isə Təbriz həbsxanasında dar ağacından asılıb.

Təbriz zindanında edam edilənlərdən 3-ünün adları (Kazım Hicabi, Seyid Əli Musəvi və Cabir Fəxri) mediaya açıqlanıb. Edam edilən digər iki müttəhimin kimliyi haqda məlumat yayılmayıb.

Habelə, 30 il əvvəl qətl törətdiyinə görə edama məhkum edilən və zindandan qaçaraq 28 il gizli şəkildə yaşayan və həmin müddətdə ailə qurub bir neçə uşaq atası olan, iki il əvvəl isə yenidən tutulan daha bir müttəhim İranın Kərəc şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR