Xamenei Azərbaycan nümayəndəsini dəyişir - Səbəb

Kateqoriya məlum deyil
T
Təbrizin cümə namazı imamı və Ali dini rəhbərin Şərqi Azərbaycan vilayətində olan nümayəndəsi dəyişir.
Ayətullah Şəbistəri bu həftə Təbrizdə son dəfə cümə namazı qılacaq. Gələn həftədən onun vəzifəsini Höcətulislam-vəlmüslimin Seyid Məhəmməd Alihaşim yerinə yetirəcək.
Alihaşim hazırda İran ordusunun Siyasi-Etiqadi Təşkilatının rəisi vəzifəsində çalışır.
Onun İran ordusunda etiqadi və əqidəti işlərlə bağlı bir çox fəaliyyətləri var. O, həmçinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin siyasi-etiqadi təşkilatlarının koordinatorudur.
Sfera.az
