Bəhreyn İranın bir neçə hava hədəfini məhv edib

Bəhreyn İranın bir neçə hava hədəfini məhv edib
Kateqoriya məlum deyil
T

Bəhreynin hava hücumundan müdafiə (HHM) qüvvələri İran tərəfindən buraxıldığı bildirilən bir neçə hava hədəfini ələ keçirərək məhv edib.

Sfera.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, “HHM sistemləri 9 iyul səhər saatlarında İrana məxsus bir neçə hava hədəfini uğurla ələ keçirərək məhv edib”. Komandanlıq Tehranın hərəkətlərini “sistemli düşmənçilik siyasəti” kimi qiymətləndirib və onu mülki obyektləri qəsdən hədəfə almaqda ittiham edib.

Bundan əvvəl İranın dövlət televiziya və radiosu ABŞ-nin hücumlarına cavab olaraq İran ordusunun Patriot hava hücumundan müdafiə sistemini Küveytdə vurduğunu iddia etmişdi. Məlumata görə, İran eyni zamanda Qətərdə yerləşən erkən xəbərdarlıq radiolokasiya kompleksinə və Bəhreyndəki ABŞ hərbi bazasının yanacaq anbarlarına da zərbələr endirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ