NATO təchizat üçün vahid mərkəz yaradır

NATO təchizat üçün vahid mərkəz yaradır
Kateqoriya məlum deyil
T

NATO müdafiə sənayesi ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə hərbi təchizat sahəsində yeni təşəbbüsə başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Alyans “NATO-nun Ön Qapısı” (NATO Front Door) adlı yeni təşəbbüsü istifadəyə verir. Bu platforma müdafiə sənayesi şirkətləri üçün NATO ilə hərbi təchizat və satınalmalarla bağlı bütün məsələlərin həllində vahid əlaqə mərkəzi rolunu oynayacaq.

“Bu gün biz müdafiə sənayesi üçün “NATO-nun Ön Qapısı” təşəbbüsünü işə salırıq. Bu təşəbbüs hərbi təchizatla bağlı bütün məsələlər üzrə müdafiə sənayesinə vahid əlaqə nöqtəsi təqdim edəcək”, - deyə Mark Rutte bildirib.

Baş katib müdafiə sənayesi nümayəndələrini NATO ilə daha fəal əməkdaşlığa çağıraraq, yeni platformanın imkanlarından istifadə etməyə səsləyib. Onun sözlərinə görə, təşəbbüs Alyansla sənaye arasında əlaqələri sürətləndirəcək, satınalma proseslərini daha səmərəli və operativ edəcək.

Yeni mexanizmin NATO ölkələri ilə müdafiə sənayesi arasında koordinasiyanı gücləndirərək hərbi təchizat prosesinin daha çevik təşkilinə töhfə verəcəyi gözlənilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ