müdafiə sənayesi
Azərbaycanın sahillərini BARBAROS qoruyacaq
“ADEX 2026” sərgisində ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında BARBAROS sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalanıb. Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb. Şirkətin bəyanatına görə, BARBAROS sistemi Azərbaycan Silahlı Qüvvələrinin arsenalını zənginləşdirəcək. ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin müdafiə sənayesi sahəsində hər gün daha da
Cəmiyyət30.09.2026 22:00
Orxan Yusibov yeni vəzifəyə təyin olundu
Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Sfera.az xəbər verir ki, sözügedən vəzifəyə Orxan Yusibov təyin olunub. Qeyd edək ki, O. Yusibov bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-də baş maliyyə inzibatçısı, Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyində direktor müavini vəzifələrində çalışıb. Xatırladaq ki, Orxan Yusibov birinci "Yüksəliş" müsabiqəsinin qalibidir./musavat
Cəmiyyət23.09.2026 22:49
Hərbi-texniki əməkdaşlığı müzakirə etdilər - FOTO
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. Bu barədə Sfera.az -a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Cəmiyyət09.07.2026 20:22
NATO təchizat üçün vahid mərkəz yaradır
NATO müdafiə sənayesi ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə hərbi təchizat sahəsində yeni təşəbbüsə başlayıb. Sfera.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Alyans “NATO-nun Ön Qapısı” (NATO Front Door) adlı yeni təşəbbüsü istifadəyə verir. Bu platforma müdafiə sənayesi şirkətləri üçün NATO ilə hərbi təchizat və satınalmalarla bağlı
Dünya07.07.2026 12:33




