Tehrandan bu ərəb ölkəsinə birbaşa reyslər başladı

Tehrandan bu ərəb ölkəsinə birbaşa reyslər başladı
Kateqoriya məlum deyil
T

Tehran və Dubay arasında birbaşa hava əlaqəsi bərpa olunub.

Sfera.azxəbər verir ki, bunu İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər deyib.

“İlk reys bugün həyata keçiriləcək. Qərar sərnişinlərin səfərlərini asanlaşdırmaq və iki ölkə arasında aviasiya əlaqələrini gücləndirmək məqsədi daşıyır”,- o bildirib.

Qeyd edək ki, İran və BƏƏ arasında birbaşa aviareyslər 2026-cı ilin fevral ayının sonunda dayandırılmışdı. Uçuşların bərpası Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra mümkün olub.

PAYLAŞ