Hörmüz boğazından tranzitlər artıb

Hörmüz boğazından keçid edən gəmilərin sayında artım müşahidə edilir.
Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, gəmilərin peyk siqnallarını açıq vəziyyətdə boğazdan keçməsi gəmi sahibləri arasında artan inamı göstərir.
Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən, artıq yüzlərlə gəmi Fars körfəzindən çıxmasına imkan verən təhlükəsizlik zəmanəti alıb.
ABŞ və İran fevral ayının sonlarında başlayan müharibəyə son qoymaq üçün danışıqların ilkin mərhələsində irəliləyiş əldə etdiklərini bildiriblər. Lakin tərəflər arasında danışıqların uzadılması gözlənilsə də, ziddiyyətli bəyanatlar ortaya çıxmaqda davam edir. İran və Oman Hörmüz boğazının idarə olunması, o cümlədən tranzit xərcləri ilə bağlı razılaşma üzərində işləməyə başladıqlarını açıqlayıblar. Bu, Tehranın tranzit üçün ödəniş tələb edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Narahatlıqlara baxmayaraq gəmilərin keçidində hər hansı problem yoxdur.
Vasif
