İran Kaliforniyanı vuracaq – İDDİA

İran Kaliforniyanı vuracaq – İDDİA
Kateqoriya məlum deyil
T

ABŞ Federal Təhqiqat Bürosu (FBI) İranın ABŞ-nin hücumlarına cavab olaraq Kaliforniya sahillərinə insansız hava aparatları (PUA) vasitəsilə kütləvi hücumlar təşkil edə biləcəyi barədə polis idarələrinə xəbərdarlıq göndərib.


Sfera.az xəbər verir ki, “ABC News” telekanalının əldə etdiyi FBI xidməti sənədinə görə, fevral ayının sonunda Kaliforniyadakı yerli polis departamentlərinə məxfi xəbərdarlıq mətni göndərilib.

 

Mətndə fevralın əvvəlində əldə edilmiş kəşfiyyat məlumatlarına istinad olunub. İddiaya görə, İran tərəfi ABŞ-nin birbaşa hücumlarına cavab olaraq, Kaliforniya sahillərində yerləşən və "naməlum" statusu daşıyan bir gəmidən PUA-lar qaldıraraq quru hədəflərini vurmağı planlaşdırıb. Xəbərdarlıq mətnində hücumun dəqiq vaxtı, koordinatları və icraçıları barədə konkret informasiya verilməsə də, riskin ciddi olduğu vurğulanıb.


Xəbərdarlıqdan dərhal sonra Kaliforniya Qubernatoru Qavin Nevsomun ofisi bəyanat yayaraq, Fövqəladə Hallar Xidmətinin yerli və federal hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə çalışdığını bildirib.


Los-Anceles Şerif Departamenti isə təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb:


"Qlobal hadisələrin gedişatını nəzərə alaraq, tam hazırlıq vəziyyətindəyik. Ehtiyat tədbiri olaraq və keçirilən dini mərasimləri nəzərə alaraq, ibadətgahlar, mədəni mərkəzlər və kritik infrastruktur obyektləri ətrafında patrul xidmətlərini gücləndirmişik".


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ