ABŞ İsrail səfirliyindəki əməkdaşlarını geri çağırdı

ABŞ İsrail səfirliyindəki əməkdaşlarını geri çağırdı
Kateqoriya məlum deyil
T

ABŞ hökuməti İsraildə fəaliyyət göstərən səfirlik əməkdaşlarının bir hissəsinin ölkəni tərk etməsinə icazə verib. Qərar bölgədə artan təhlükəsizlik riskləri fonunda qəbul edilib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi səfirlik əməkdaşlarına ünvanladığı məlumatda diqqətçəkən çağırış edib. O bildirib ki, ölkəni tərk etmək istəyən əməkdaşlar bu addımı gecikdirmədən atmalıdırlar:

 

“Ayrılmaq istəyənlər bu gün ayrılmalıdır”, - deyə səfir vurğulayıb. Bununla yanaşı, ABŞ Dövlət Departamenti İsraillə bağlı səyahət xəbərdarlığını yeniləyib. Rəsmi açıqlamada qeyd olunub ki, İsraildəki ABŞ missiyasında vəzifəsi zəruri olmayan əməkdaşlara və onların ailə üzvlərinə ölkədən ayrılmaq üçün icazə verilib.

 

Departament qərarın son təhlükəsizlik hadisələri və vəziyyətin yenilənmiş qiymətləndirilməsi əsasında qəbul edildiyini bildirib. Açıqlamada bölgədəki risklərin diqqətlə izlənildiyi və əlavə addımların zərurət yarandığı təqdirdə atılacağı vurğulanıb. ABŞ administrasiyası regiondakı inkişafları yaxından izlədiyini və vətəndaşlarının təhlükəsizliyini prioritet hesab etdiyini bəyan edib.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ