Trampın bu çıxışı konqresmenləri güldürdü

Trampın bu çıxışı konqresmenləri güldürdü
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp “State of the Union” Konqresində etdiyi çıxışı zamanı “8 müharibəni bitirdim” ifadəsini işlədib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, demokratların oturduğu sıradan yüksələn gülüş səsləri Trampı əsəbləşdirib. Prezident kürsüdən cavab olaraq: “Ah, nə qədər gülməlidir, deyilmi? Xəstə insanlar",– deyə bildirib. Tramp çıxışında vəzifə müddətində ABŞ-nin müxtəlif hərbi əməliyyatlarını sona çatdırdığını və yeni genişmiqyaslı müharibələrə girmədiyini vurğulayıb.

 

O, xarici siyasətdə izlədiyi yanaşmanın ölkəni uzunmüddətli və maliyyətli qarşıdurmalardan qoruduğunu qeyd edib. Lakin “8 müharibəni bitirdim” ifadəsi müxalifət arasında müzakirə yaradıb. Demokrat üzvlərin reaksiyası, bu sözlərin hansı münaqişələrə işarə etdiyi barədə fikir ayrılıqlarını bir daha ortaya çıxarıb. ABŞ mətbuatı Trampın sözlərini siyasi mesaj kimi qiymətləndirib və Konqresdəki partiyalararası gərginliyi əks etdirib. Salon reaksiyası və Trampın dərhal verdiyi cavab televiziya yayımlarına və sosial mediaya əks olunub.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ