Tramp yadplanetlilərlə bağlı qərar verdi

Tramp yadplanetlilərlə bağlı qərar verdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp UNO-lar və mümkün yerdənkənar həyatla bağlı uzun illər gizli saxlanılan hökumət sənədlərinin ictimaiyyətə açıqlanmasını tapşırıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki. qərar yadplanetlilər mövzusunda müzakirələri yenidən gündəmə gətirib və geniş rezonans doğurub. Prezident Tramp sosial şəbəkə platforması "Truth Social" üzərindən paylaşım edərək hökumətin bu məsələdə daha şəffaf siyasət yürüdəcəyini bildirib. O, bütün müvafiq federal qurumlara, xüsusilə ABŞ Müdafiə Nazirliyinə UNO-lar, naməlum hava hadisəli ilə bağlı bütün sənədlərin müəyyənləşdirilməsi, açıqlanması prosesinə başlanılması barədə göstəriş verib. Bu qərar onilliklərdir məxfi saxlanılan bəzi arxiv materiallarının ictimaiyyətə təqdim olunmasına yol aça bilər.

 

Qərar Ağ Evdə də müzakirələrə səbəb olub. Ağ Evin sözçüsü Karolin Levitt sosial mediada paylaşım edərək qərarı “bu dünyadan kənar” kimi xarakterizə edib. Trampın açıqlaması keçmiş prezident Barak Obamanın yerdənkənar həyatla bağlı əvvəlki fikirlərini tənqid etməsindən qısa müddət sonra verilib. Tramp müsahibəsində Obamanın bu mövzuda “həddindən artıq irəli getdiyini” və məxfi məlumatları paylaşmamalı olduğunu iddia edib. Prezident bildirib ki, sənədlərin açıqlanması ilə bəzi mübahisələrə aydınlıq gətirilə bilər. Obama isə daha əvvəl çıxışlarında kainatın genişliyinə diqqət çəkərək başqa həyat formalarının mövcudluq ehtimalının statistik baxımdan yüksək olduğunu demiş, lakin konkret sübutların olmadığını vurğulamışdı.

 

Müzakirələrə Trampın gəlini Lara Tramp da qoşulub. O, bir podkastda prezidentin yerdənkənar həyat və kosmik gəmilərlə bağlı xüsusi çıxış hazırladığını eşitdiyini bildirib. Hazırda sənədlərin nə vaxt açıqlanacağı və ya bu mövzuda rəsmi çıxışın nə zaman baş tutacağı ilə bağlı konkret vaxt cədvəli açıqlanmayıb.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ