60 ildən sonra “Air Force One” dəyişir - Trampdan tarixi qərar

60 ildən sonra "Air Force One" dəyişir - Trampdan tarixi qərar
Kateqoriya məlum deyil
T

 

ABŞ-də prezident təyyarəsi ilə bağlı 60 ilə yaxın davam edən ənənə dəyişdirilir. Prezident Donald Tramp “Air Force One”ın həm dizaynını, həm də rəng palitrasını yeniləmək barədə göstəriş verib.

 

Sfera.az xəbər verir ki, yeni layihəyə əsasən, prezidentin rəsmi təyyarələri qırmızı, ağ, tünd mavi və qızılı rənglərdə boyanacaq. Bu, 1960-cı illərdən - Con Kennedi administrasiyası dövründən bəri istifadə olunan klassik açıq mavi-ağ dizaynın dəyişdirilməsi deməkdir. Məlumata görə, dəyişiklik yalnız mövcud Boeing VC-25B təyyarələrinə deyil, həm də Qətərin hədiyyə etdiyi Boeing 747-8I modelinə və gələcək prezident donanması üçün hazırlanmaqda olan iki yeni təyyarəyə də şamil olunacaq. “CBS News”un yaydığı məlumata görə, Qətərə məxsus təyyarənin təmir və uyğunlaşdırma işləri başa çatdıqdan sonra bu yay “Air Force One” kimi xidmətə başlaması gözlənilir.

 

Prezident daha əvvəl “Fox News”a müsahibəsində bu planı təsdiqləyərək bildirib:

 

“Biz onu Amerika bayrağı kimi qırmızı, ağ və mavi rənglərə boyayırıq – bu, inanılmazdır.” Qeyd olunur ki, bu addım Trampın prezidentlik simvollarına öz izini salmaq və ənənəvi dizaynı daha vətənpərvər üslubla əvəz etmək istəyindən irəli gəlir. ABŞ prezidentinin rəsmi təyyarəsi hesab olunan “Air Force One” uzun illərdir ölkənin siyasi gücünün və diplomatik nüfuzunun simvolu sayılır.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ