Obama yadplanetlilərdən danışdı: "Gerçəkdirlər, amma..."

Obama yadplanetlilərdən danışdı: "Gerçəkdirlər, amma..."
Kateqoriya məlum deyil
T

ABŞ-nin keçmiş prezidenti Barak Obama gözlənilmədən yadplanetlilərin mövcudluğu mövzusuna münasibət bildirib və bu açıqlama yenidən geniş müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, 64 yaşlı siyasətçi YouTube bloqeri və siyasi şərhçi ilə müsahibəsində qısa sual-cavab sessiyasında “Yadplanetlilər gerçəkdirmi?” sualına belə cavab verib: “Onlar gerçəkdirlər, amma mən onları görməmişəm”.

 

Daha sonra Nevada səhrasında yerləşən və illərdir müxtəlif sui-qəsd nəzəriyyələrinin mərkəzində olan barədə də zarafatla danışıb.

 

“Deyildiyi kimi, onlar 51-ci zonada saxlanılmır. Burada yeraltı laboratoriya yoxdur. Əgər bu, hətta ABŞ prezidentindən də gizlədilən böyük bir sui-qəsd deyilsə”, - o, istehzalı şəkildə bildirib. Keçmiş prezident əlavə edib ki, vəzifəyə başladığı ilk günlərdə maraqlandığı məsələlərdən biri də məhz bu olub:

 

Obama bundan əvvəl də oxşar mövzularda açıqlamalar verib. O, verilişində prezident olduqdan sonra yadplanetlilərin nümunələri və onların kosmik gəmisi olan bir laboratoriyanın mövcud olub-olmadığını düşündüyünü etiraf etmişdi. Bundan başqa, podkastında çıxışı zamanı Obama yadplanetli həyatın rəsmi şəkildə təsdiqlənməsinin cəmiyyətə mümkün təsirlərini də müzakirə edib.

 

O bildirib ki, belə bir hadisə hərbi büdcələrin artırılması, yeni dini hərəkatların yaranması və siyasi münaqişələrin güclənməsi ilə nəticələnə bilər. Eyni zamanda, keçmiş prezident vurğulayıb ki, yadplanetlilərin mövcudluğu sübut olunsa belə, onun siyasi baxışları dəyişməyəcək. Çünki onun sözlərinə görə, fəlsəfəsinin əsasında bəşəriyyətin “kosmosda kiçik bir nöqtədə üzən kiçik orqanizmlər” olması anlayışı dayanır.

 

Qeyd edək ki, ABŞ hökuməti 51-ci zonanın mövcudluğunu rəsmi olaraq yalnız 2013-cü ildə təsdiqləyib. Obyekt mülki şəxslər üçün tamamilə bağlıdır və silahlı patrullar tərəfindən qorunur. Uzun illər davam edən məxfilik UNO-ların araşdırılmasından tutmuş yadplanetli cəsədlərin saxlanmasına qədər müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub. Rəsmi məlumatlara əsasən, ərazi ABŞ Hərbi Hava Qüvvələri üçün sınaq və təlim poliqonu kimi istifadə edilir.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ