Avropa ABŞ-dən asılılığa son qoymalıdır - Britaniya Baş naziri

Avropa ABŞ-dən asılılığa son qoymalıdır - Britaniya Baş naziri
Kateqoriya məlum deyil
T

Avropa ölkələri öz aralarında əməkdaşlığı gücləndirməklə Amerikanın hərbi dəstəyindən asılılıqlarına son qoymalıdırlar.

 

Sfera.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer Münhen Təhlükəsizlik Konfransında edəcəyi çıxışında iddia edib.


Onun ofisi tərəfindən təqdim edilən çıxışından hissələrdə deyilir: "Biz artıq "Brexit" illərinin Britaniyası deyilik. Çünki bilirik ki, təhlükəli dövrlərdə içəriyə dönərək nəzarəti ələ keçirməyəcəyik - onu təslim edəcəyik. Və mən buna imkan verməyəcəyəm".


Starmerin "Avropa olmadan Britaniya təhlükəsizliyi, Britaniya olmadan Avropa təhlükəsizliyi yoxdur. Bu, tarixin dərsidir və bu günün reallığıdır", - deməsi və "daha Avropa NATO-su"na çağırış etməsi gözlənilir.

 

Britaniya baş naziri hesab edir ki, Avropa transatlantik tərəfdaşından həddindən artıq asılılığı daha geniş regional əməkdaşlıqla əvəz etməlidir.

 

Starmerin müraciətində deyilir: "Mən ABŞ-nin geri çəkilməsini bildirməyən, əksinə daha çox yükün bölüşdürülməsi çağırışına tam cavab verən və bizə çox yaxşı xidmət edən əlaqələri yenidən quran Avropa təhlükəsizliyi və daha böyük Avropa muxtariyyəti baxışından danışıram".

 

Starmer həmçinin Avropanı "yatmış nəhəng" adlandırır və onun iqtisadiyyatının Rusiyanın iqtisadiyyatından "10 dəfə" çox olduğunu iddia edir.
Eyni zamanda, o qeyd edir ki, bu cür vacib qərarların qəbul edilməsi geniş ictimai konsensusa nail olmağı tələb edir ki, ifrat sağçı və ifrat solçu hərəkatlar sadələşdirilmiş həllər təklif etməklə güclənməsinlər.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ