Ukrayna ilə bağlı mühüm görüş olacaq - PESKOV

Ukrayna ilə bağlı mühüm görüş olacaq - PESKOV
Kateqoriya məlum deyil
T

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti mərhələsi gələn həftə baş tutacaq.


Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

O bildirib ki, tərəflər arasında yeni raundun keçirilməsi ilə bağlı razılıq əldə olunub.


“Bunun həqiqətən də gələn həftə baş tutacağı barədə razılıq var. Görüşün yeri və dəqiq tarixləri barədə sizi əlavə olaraq məlumatlandıracağıq. Amma bu, doğrudan da gələn həftə olacaq”, - deyə Kremlin sözçüsü qeyd edib.


Peskov görüşün keçiriləcəyi məkan və konkret tarixlə bağlı detalları açıqlamayıb. Onun sözlərinə görə, bu barədə əlavə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ