“Bu, müharibə elanıdır”

Kateqoriya məlum deyil
T
“Avropa İttifaqının (Aİ) 2027-ci ildə Ukraynanın birliyə qismən qəbul edilməsi ilə bağlı hazırladığı plan Macarıstana qarşı müharibə elanıdır”.
Sfera.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orban Aİ-nin Budapeştdə hökuməti devirmək istədiyini söyləyib:
“Onlar Macarıstan xalqının qərarını qulaqardına vurur və hökumətimizi istənilən vasitə ilə devirmək əzmini nümayiş etdirirlər. Macarıstanda Tisza Partiyasının hakimiyyətə gəlməsini istəyirlər, çünki o zaman ölkəmizin İttifaqın qərarlarına “veto” qoymaq, müqavimət və münaqişədən kənarda qalmaq üçün heç bir fürsəti olmayacaq”./ globalinfo
