Ana iki övladını 5-ci mərtəbədən atdı - Qazaxıstanda

Kateqoriya məlum deyil
T
Qazaxıstanda ana uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.
Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Taraz şəhərində baş verib.
Belə ki, qadın 2021 və 2023-cü il təvəllüdlü uşaqlarını naməlum səbəbdən pəncərədən atıb. Möcüzəvi şəkildə uşaqlar sağ qalıblar, lakin onlar qapalı kəllə-beyin travması alıblar.
Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlanılıb və şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda bir sıra zəruri istintaq hərəkətləri aparılır. Qadının bu hərəkətinin səbəbləri açıqlanmayıb.
