Cənubi Koreyada hərbi helikopter qəzaya uğradı

Kateqoriya məlum deyil
T
Cənubi Koreya Silahlı Qüvvələrinə məxsus helikopter ölkənin şimal-qərbində yerləşən Kyonqido vilayətinin Kapxen dairəsində qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Xatırladılır ki, daha əvvəl Tailandda AT-6 tipli təlim-döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olmuşdu./teleqraf
