Ukrayna İrandakı səfirliyinin fəaliyyətini dayandırıb

Ukrayna İrandakı səfirliyinin fəaliyyətini dayandırıb
Kateqoriya məlum deyil
T

Təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Ukraynanın İrandakı diplomatik nümayəndəliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" sosial şəbəkəsində yayımlanan açıqlamada bildirilib.

 

“Təhlükəsizlik vəziyyətinin kəskinləşməsi ilə əlaqədar olaraq Ukraynanın İran İslam Respublikasındakı səfirliyi fəaliyyətini dayandırır”, - açıqlamada qeyd olunub.

 

Bildirilib ki, diplomatik missiyanın fəaliyyətinin bərpası, atılacaq növbəti addımlar və mümkün dəyişikliklər barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, bundan əvvəl də bir sıra digər ölkələr təhlükəsizlik səbəbindən İrandakı səfirliklərinin fəaliyyətini müvəqqəti dayandırmışdı.

PAYLAŞ