Bu ölkədə vertolyot qəzaya uğradı: ölənlər var

Bu ölkədə vertolyot qəzaya uğradı: ölənlər var
Kateqoriya məlum deyil
T

Tanzaniyada vertolyot qəzası nəticəsində beş nəfər ölüb.

 

Sfera.az bildirir ki, bu barədə “Associated Press” yerli polisə istinadən bu barədə məlumat yayıb.

 

Məlumata görə, qəza Kilimanjaro dağında baş verib. Vertolyot köməyə ehtiyacı olan turistləri təxliyə etmək üçün zirvəyə gedirmiş.

 

Bəyanatda hadisə zamanı göyərtədə iki xarici vətəndaşın, bir həkimin, bir bələdçinin və bir pilotun olduğu bildirilir.

 

Vertolyot Barafu və Kibo düşərgələri arasında təxminən 4000 metr yüksəklikdə qəzaya uğrayıb. İçəridə olan 5 nəfərin hamısı həlak olub. 

 

Faciə ilə bağlı araşdırma aparılır.

 

Aynil

PAYLAŞ