"Ukrayna ordusunun itkiləri 1 milyonu keçib"

"Ukrayna ordusunun itkiləri 1 milyonu keçib"
Kateqoriya məlum deyil
T

Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı çıxışı zamanı bildirib.
 

O deyib ki, danışıqlar zamanı Ukraynaya 11 mindən çox hərbçisinin cəsədi təhvil verilib, Rusiya isə 201 rus əsgərinin cəsədini geri alıb.
 

Rusiya xarici işlər naziri münaqişə zamanı Ukrayna Silahlı Qüvvələrinin itkilərinin 1 milyonu keçdiyini qeyd edib

 

Bundan əlavə, Lavrov vurğulayıb ki, Putin və Uitkov arasında son görüş Alyaska sammitindən sonra yaranan Rusiya ilə ABŞ arasında bütün anlaşılmazlıqların həllinə kömək edib.

PAYLAŞ