Qustavo Trampın təhdidinə cavab verdi

Qustavo Trampın təhdidinə cavab verdi
Kateqoriya məlum deyil
T

Kolumbiya prezidenti Qustavo Petro bildirib ki, ABŞ-nin istənilən hücumu ölkənin suverenliyinə qarşı müharibəyə aparan təcavüz aktı kimi qiymətləndiriləcək.

 

Sfera.az xəbər verir ki, o bu barədə ”X” platformasında yazıb:

 

“İstənilən hücum bizim suverenliyimizə hücum müharibə elanı olardı”.

 

O, ABŞ prezidenti Donald Trampa iki əsrlik diplomatik münasibətləri korlamamaq barədə xəbərdarlıq edib və onu Boqotanın narkotik ticarəti ilə necə mübarizə apardığını yerində görmək üçün Kolumbiyaya dəvət edib.

 

Qeyd edək ki, dekabrın 2-də Tramp Nazirlər Kabinetinin iclasında ABŞ ordusunun yaxın vaxtlarda Latın Amerikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı quru hədəflərinə zərbələr endirməyə başlaya biləcəyini bildirib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ