Avropa Trampdan buna görə qorxur...

Kateqoriya məlum deyil
T
Avropa ABŞ Prezidenti Donald Trampdan qorxduğu üçün geosiyasi nüfuzunu itirmək riski ilə üzləşir.
Sfera.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri yazıb. Qəzetin fikrincə, öz təhlükəsizliyi və sabitliyindən çox narahat olan Avropa Birliyi Trampa müqavimət göstərə bilməz. Qəzet qeyd edib ki, Vaşinqton tarif danışıqları müqabilində rəqəmsal qaydaları yüngülləşdirmək üçün Brüsseli şantaj etməyə çalışır, Avropa Komissiyası isə görünür, iflic vəziyyətindədir.
Qəzet vurğulayır ki, Avropa qətiyyətli və tez hərəkət etməsə, qlobal geosiyasi oyunçu kimi yerini tamamilə itirmək riski var. "El Pais" həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı sülh danışıqları Aİ-nin zəifliyini üzə çıxarıb.
Firuzə Əliyeva
Sfera.az
