Ukrayna nümayəndə heyəti ABŞ-yə danışıqlara yollandı – Zelenski komandanı yenilədi

Ukrayna nümayəndə heyəti ABŞ-yə danışıqlara yollandı – Zelenski komandanı yenilədi
Kateqoriya məlum deyil
T

Ukrayna nümayəndə heyəti münaqişənin həlli üzrə danışıqlarda iştirak etmək üçün ABŞ-yə səfər edib.

 

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov özünün Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, heyət artıq ABŞ-yə doğru yola çıxıb. Məlumata görə, prezident Volodimir Zelenski danışıqlara rəhbərlik etmək üçün Rüstəm Umerovu xüsusi nümayəndə kimi təyin edib.

 

Bu vəzifədə o, keçmiş prezident administrasiyasının rəhbəri Andrey Yermakı əvəz edib. Nümayəndə heyətində həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin direktor müavini Kirill Budanov və kəşfiyyat rəsmisi Vadim Skibitski yer alıblar. Bir gün əvvəl Zelenski Yermakın istefasını qəbul edib. Onun vəzifədən uzaqlaşdırılması evində enerji sektorunda korrupsiya işi ilə əlaqədar aparılan axtarışlardan sonra baş verib. Qeyd edək ki, bundan əvvəl beynəlxalq tərəfdaşlar Zelenskiyə sülh sazişinin əldə olunması üçün “əlavə vaxt” verdiklərini bildiriblər. Ukrayna nümayəndə heyətinin ABŞ-yə səfəri danışıqlar prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ