Zelenski onlara gizli göstəriş verdi

Zelenski onlara gizli göstəriş verdi
Kateqoriya məlum deyil
T

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin sülh danışıqları üzrə nümayəndə heyətinə gizli direktivlər verib.

 

Sfera.az xəbər verir ki, bu barədə sərəncam prezidentin rəsmi saytında dərc olunub. Sənəddə “Ukrayna nümayəndə heyəti üçün yeni direktivlər təsdiq edilsin. Əlavə olunur – gizli şəkildə” ifadəsi yer alır. Keçmiş deputat Sergey Leşşenko bildirib ki, Zelenski danışıqlar üzrə nümayəndə heyətinə rəhbərliyi Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakdan alaraq, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerova həvalə edib.

 

Heyətə həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski daxil edilib. Noyabrın 29-da Ukrayna nümayəndə heyəti ABŞ-yə gedərək Vaşinqtonun sülh planı üzrə müzakirələri davam etdirib.

 

Qeyd edək ki, bundan əvvəl Zelenskinin sülh sazişi ilə bağlı yeni dövlətlərlə üzləşəcəyi iddia olunmuşdu.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ