Logo

Rubio NATO nazirlər görüşündə iştirak etməyəcək

Rubio NATO nazirlər görüşündə iştirak etməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ dövlət katibi Marko Rubio dekabrın 3-də Brüsseldə keçiriləcək NATO Xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək.

Sfera.az xəbər verir ki, məlumatı Reuters mənbələrə istinadən yayıb. Mənbənin məlumatına görə, ABŞ-ı görüşdə dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək. Reuters Rubionun qarşıdan gələn görüşdə iştirak etməməsini "çox qeyri-adi" adlandıraraq, bunun "Vaşinqtonun Avropa təhlükəsizliyinə sadiqliyi ilə bağlı daha çox suallar doğuracağını" vurğulayıb. Agentlik Rubionun iştirak etməməsinin səbəbini açıqlamayıb.

Noyabrın 10-da NATO-nun mətbuat xidməti alyansın xarici işlər nazirlərinin görüşünün 3 dekabrda Brüsseldə keçiriləcəyini açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR