Makron Rusiyadan ehtiyat edir: məcburi hərbi xidmət bərpa olunacaq

Makron Rusiyadan ehtiyat edir: məcburi hərbi xidmət bərpa olunacaq
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron məcburi hərbi xidməti yenidən işlənmiş formada bərpa etməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, E.Makron bu barədə "RTL" radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, bu qərara səbəb Rusiyanın mövqeyinin əvvəlkindən daha ​​aqressiv olmasıdır. Bildirilib ki, yaxın günlərdə ətraflı məlumat veriləcək. Hələlik bu təşəbbüslə bağlı bəzi məlumatlar məlumdur.

 

“La Tribune”un məlumatına görə, yeni könüllülər xidməti 10 ay davam edəcək və həm kişilərə, həm də qadınlara şamil olunacaq. Bu, Fransa ehtiyatını formalaşdıracaq. Könüllülərə ayda 900 ilə 1000 avro arasında maaş veriləcək. Birinci ildə Fransa 2000-3000 çağırışçı olmasını gözləyir. 2030-2035-ci illərdə isə onların sayının 10-50 min nəfərə çatacağı gözlənilir.

 

Qeyd edək ki, hazırda Fransada 205 000-ə yaxın aktiv hərbi qulluqçu var, ancaq 2030-cu ilə qədər onların sayının 80 000-ə çatacağı proqnozlaşdırılan cəmi 47 000 ehtiyatda olan hərbçi var.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR