İsrail ordusunda kadr islahatı - Generallar işdən çıxarılacaq

İsrail ordusunda kadr islahatı - Generallar işdən çıxarılacaq
Kateqoriya məlum deyil
T

İsrail ordusu, HƏMAS-ın 7 Oktyabr Əl-Əqsa Tufanı hücumunun qarşısını ala bilmədikləri üçün onlarla yüksək rütbəli komandiri işdən çıxarıb, daha bir sıra hərbçinin vəzifəsinə son veriləcək.
 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Baş Qərargah rəisi Eyal Zamir açıqlamasında bildirib ki, hücum zamanı məsuliyyət daşıyan yüksək rütbəli zabitlər təhqiqat çərçivəsində vəzifədən uzaqlaşdırılacaq.

 

Zamir qeyd edib ki, əvvəllər də bir sıra komandirlər cəzalandırılıb.


İsrail mediasının verdiyi xəbərə görə, baş qərargah rəisinin ilk hədəfi hücum günü əsas vəzifələrdə olan zabitlər olacaq, aşağı rütbəli personal ilə görüşlər isə sonradan baş tutacaq.


Ehtiyyatda olan general Sami Turqeman noyabr ayının əvvəlində əldə etdiyi hesabatı General Zamir və Baş Qərargah Forumu ilə paylaşıb. Hesabatda 7 Oktyabr hadisələrinin “bir neçə ilə yayılan sistemli və təşkilati uğursuzluqların nəticəsi” olduğu vurğulanıb. Komissiya həmçinin hücumdan əvvəl İsrail ordusunun yüksək keyfiyyətli və istifadə edilə bilən kəşfiyyat məlumatlarına malik olduğunu bildirib və Hamas hücumunun “informasiya çatışmazlığından qaynaqlanmadığını” açıqlayıb.
Hücum zamanı 1 200 nəfər həlak olub, 251 İsrailli isə girov götürülərək Qəzzaya aparılıb. Hadisədən sonra İsrail, Qəzza Zolağında genişmiqyaslı bombardmanlara başlayıb və işğal həm Qərb, həm də Qəzza bölgəsində genişlənib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR