ABŞ ilə danışıqlarda siyasi təzyiqlər artır - Zelenski

Kateqoriya məlum deyil
T
“Ukrayna və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsi gərgin vəziyyətdir”.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı ukraynalılara videomüraciət edərək bildirib ki, proses həm mediada böyük diqqət, həm də ciddi siyasi təzyiqlərlə müşahidə olunur.
“İndi kritik məqamdayıq. Mediada böyük səs-küy, böyük siyasi təzyiq var”, - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Kiyev Amerikalı tərəfdaşlarla əməkdaşlıq edərkən Ukraynanı zəiflətməyəcək, əksinə, ölkəni gücləndirəcək kompromislər axtarmaqda qərarlıdır. Zelenski qeyd edib ki, istənilən razılaşma Ukraynanın maraqlarını və təhlükəsizliyini prioritet olaraq nəzərə almalıdır.
Fidan Hacızadə
Sfera.az






