Cənubi Afrika ABŞ-yə olan təklifinə cavab almayıb

Cənubi Afrika “G20” sədrliyini ABŞ-yə təhvil verməyə hazır olduğunu açıqlasa da, hələlik Vaşinqtondan cavab almayıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ronald Lamola məlumat verib. Onun sözlərinə görə, Cənubi Afrika sədrliyi ötürməyə hazır olsa da, qərar ABŞ-nin özündən asılıdır.
“Reuters”-in məlumatına görə, Ağ Ev Cənubi Afrikanın prosesə maneə yaratdığını düşünür. Vaşinqton bunu prezident Cyril Ramaphosa-nın Yohannesburqdakı G20 sammitində iqlim bəyannaməsində israr etməsi ilə əlaqələndirir. Nəticədə sədrliyin ənənəvi təhvili sammit zamanı baş tutmayıb. ABŞ-nin 2025-ci il dekabrın 1-dən “G20”-yə sədrliyi 12 aylıq müddətə icra etməsi planlaşdırılır.
Donald Tramp sammitin 2026-cı ildə Floridada keçiriləcəyini bildirib. Qeyd edək ki, Cənubi Afrika rəsmiləri Yohannesburq sammitinin Qlobal Cənub gündəmini gücləndirdiyini və ABŞ-nin beynəlxalq sistemdə təcridini göstərdiyini vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az






