Ukraynanın bəzi əraziləri Rusiyaya veriləcək ? - AÇIQLAMA

Ukraynanın bəzi əraziləri Rusiyaya veriləcək ? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ-nin Ukrayna ilə bağlı irəli sürdüyü yeni tənzimləmə planında Krım və Donbasın faktiki olaraq Rusiya əraziləri kimi qəbul edilməsi nəzərdə tutulur. Məlumatlara görə, ABŞ və bir sıra Qərb ölkələri bu bölgələri Rusiya ərazisi kimi tanıya bilər, lakin Ukraynadan bu addımı atmaq tələb olunmayacaq.

 

Qərb belə bir addımı atarsa, bu, Qərb ölkələrinə, o cümlədən ABŞ-yə olan etimadı sarsıtmazmı?

 

Sfera.az-a mövcud suallarla bağlı açıqlama verən politoloq İlyas Hüseynov  Rusiya–Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı müxtəlif danışıqların və fərqli razılaşma layihələri haqqında fikirlərin səsləndirildiyini deyib. 

 

Politoloqun sözlərinə görə, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlə paralel şəkildə ABŞ-nin də Ukraynada müharibəni dayandırmağa dair təşəbbüsləri barədə müxtəlif ehtimallar mövcuddur: 


“Lakin bu versiyaların bir çoxu Kiyevin ərazi bütövlüyü və suverenliyi əleyhinə məqamlarla zəngindir. Məsələn, bəzi planlarda Krım və Donbas faktiki olaraq Rusiya ərazisi kimi qəbul edilir və ABŞ ilə Qərb ölkələrinin də bu ərazilərin Rusiyaya məxsus sayılmasını nəzərdən keçirdiyi iddia olunur. Bunun Ukrayna tərəfindən qəbul edilməsi isə ciddi fəsadlara yol aça bilər”.

 

 

İ.Hüseynov eyni zamanda iddia edilən şərtlər arasında Rusiyanın böyük şəhərlərinin Sankt-Peterburq və Moskvanın uzaqmənzilli raketlərlə vurulmaması ilə bağlı məhdudiyyətlərin tətbiqini, Ukrayna ordusunun 2,5 dəfə ixtisar edilməsini və Ukrayna ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinə qadağa qoyulması kimi olduqca ağır tələblərin yer aldığını əlavə edib:

 

“Mövcud şəraitdə belə ərazi güzəştləri Ukraynanı son dərəcə çətin vəziyyətə sala, eyni zamanda Rusiyanın geosiyasi iddialarını daha da gücləndirə bilər.
Bununla belə, ABŞ-nin planına əsasən, Ukrayna ərazisində bundan sonra hərbi əməliyyatların aparılmaması və Avropa ölkələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə Rusiyanın qanunvericilik səviyyəsində öhdəlik götürməsi kimi müddəalar da təkliflər sırasında yer alır”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR