Avropa nəqliyyat sistemində dəyişikliyə gedir - 100 milyard avro xərclənəcək

Kateqoriya məlum deyil
T
Avropa İttifaqı qoşunların və hərbi texnikanın sərbəst hərəkətini təmin etmək üçün 2030-cu ilə qədər nəqliyyat infrastrukturunun hərbi məqsədlər üçün modernləşdirilməsinə 100 milyard avro investisiya yatırmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının “hərbi Şengen” yaradılmasına dair açıqladığı yeni planda bildirilir.
Sənədə əsasən, Avropa Komissiyası təcili modernləşdirməyə ehtiyac duyulan 500 bəndi əhatə edən dörd prioritet nəqliyyat dəhlizini müəyyənləşdirib. Bu istiqamətlər üzrə nəzərdə tutulan yenilənmələrin ümumi dəyəri 2030-cu ilə qədər təqribən 100 milyard avro təşkil edəcək.
Fidan Hacızadə
Sfera.az






